AB suriyalı qaçqınlar üçün 2,12 milyard avro ayırdı

AB suriyalı qaçqınlar üçün 2,12 milyard avro ayırdı

Avropa Birliyi (AB) 8-ci Suriyaya Yardım Donorları Konfransı çərçivəsində 2,12 milyard avro vəsait ayırıb.

AzerTimes xəbər verir ki, bu barədə AB-nin xarici siyasət xidməti məlumat yayıb.

“Suriyanın və regionun gələcəyinə dəstək” adlı səkkizinci konfrans Brüsseldə öz işinə başlayıb. AB 2024 və 2025-ci illər üçün 2,12 milyard avro ayırıb. Bu vəsait Suriyada, həmçinin Türkiyə, İordaniya, Livan və İraqda yaşayan suriyalılar (qaçqınlar) üçün nəzərdə tutulub”, – deyə bildirilib.

Teqlər: