Ukrayna böhranına müdaxiləyə görə Avropa artıq sülhsevər dövlətlər icması sayıla bilməz.
AzerTimes xəbər verir ki, bunu Fransa siyasətçisi, “Patriotlar” hərəkatının lideri Florian Filippo deyib.
Onun sözlərinə görə, Brüsseldə hakimiyyətin davranışı Fransanı AB-dən çıxmaq barədə düşünməyə vadar etməlidir:
“Ukraynadan sonra “Avropa sülhdür” şüarının total yalanı üzə çıxdı! AB müharibədir! Artıq milyonlarla fransız bunu görüb və başa düşüb. Ursula fon der Leyen müharibə isteriyası ilə “Frexit”i çox yaxşı təbliğ edir!”