Avropanın əlavə enerji təchizatına ehtiyacı var, lakin oradakı siyasətçilər səhvlərini etiraf etmirlər.
AzerTimes xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Avropa bu gün kəskin enerji böhranı içərisindədir və əlavə təchizata ehtiyacı var. Siyasətçilərə gəlincə, təbii ki, onlar üçün öz səhvlərini etiraf etməyə yönəlmiş hər hansı qərarlar qəbul etmək asan deyil. Ona görə də bildirmirlər ki, bu gün boş qalan həmin qaz kəmərlərini doldurmağa, yaxud əlavə resurslara ehtiyac var”, – A.Novak qeyd edib.