Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsinə kömək etmək üçün Ermənistana “AB-nin mülki missiyası” göndəriləcək.
AzerTimes xəbər verir ki, bu barədə AB liderləri məlumat verib.
“Ermənistan AB-nin Azərbaycanla sərhəddə mülki missiyasının işinə dəstək verməyə razılaşıb. Azərbaycan da bu missiya ilə əlaqəli olduğu qədər əməkdaşlığa razılıq verib”, – məlumatda qeyd edilib.
Əlavə edilib ki, missiyanın məqsədi etimad yaratmaq və sərhəd komissiyalarına töhfə verməkdir.