AB Serbiyanı necə hədələyib? – Vuçiç açıqladı

AB Serbiyanı necə hədələyib? – Vuçiç açıqladı

Avropa Birliyi Serbiyanı Kosova planından imtina edəcəyi təqdirdə təcridetmə və bütün investisiyaların geri çəkiləcəyi ilə hədələyib.

AzerTimes xəbər verir ki, bu barədə Serbiya lideri Aleksandr Vuçiç deyib.

“AB planının mətni danışıqlar imkanı olmadan təqdim edilib, bizə imtinanın nəticələri barədə də məlumat verilib və bu, sərmayələrin dərhal geri çəkilməsi, eləcə də ölkənin təcrid olunmasıdır. Danışıqlarda qalmaq, yaxud iqtisadi uçurumdan çıxmaq və imtina etmək lazım idi”, – deyə o bildirib.

Qeyd edək ki, fevralın 27-də AB Xarici İşlər İdarəsi “Kosova və Serbiya arasında münasibətlərin normallaşmasına aparan yol haqqında Saziş”i dərc edib.

Sənəddə pasportların qarşılıqlı tanınması, Serbiyanın Kosovanı dünya miqyasında təmsil etməkdən imtina etməsi, diplomatik nümayəndəliklərin mübadiləsi, həmçinin münasibətlərin hərtərəfli normallaşdırılması istiqamətində işləmək üçün tərəflərin hüquqi öhdəlikləri yer alır.

Teqlər: