Avropa Birliyinə üzv ölkələr İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi imkanını nəzərdən keçirir.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilir ki, Almaniya bir müddət əvvəl belə bir təkliflə çıxış edib.
Bundan əlavə, telekanalın məlumatına görə, AB ölkələri İrana qarşı yeni sanksiyalar paketini müzakirə edirlər.