AB-nin hələ ki, İran silahlı qüvvələrinin elit bölməsi olan SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək imkanı yoxdur.
AzerTimes xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Dəfələrlə ABŞ-ın keçmiş prezidenti Donald Trampın etdiyi kimi SEPAH-ı terror təşkilatları siyahısına əlavə etməyi müzakirə etmişik. Ancaq bunun üçün AB üzvü olan ölkənin məhkəmə orqanının bu təşkilatın terror aktı törətdiyini tanıması mütləqdir. Bu isə hələ ki, mümkün görünmür”, – o bildirib.