Avropa Birliyinin (AB) səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı Avropa Komissiyasının ilkin təklifi ilə bağlı razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bu barədə Belçikanın AB-dəki missiyası X sosial şəbəkəsindəki paylaşımında bildirib.
“AB səfirləri bloklanmış aktivlərlə bağlı mənfəətdən Ukraynanın bərpasına dəstək olmaq üçün istifadədə prinsipial razılıq əldə ediblər”, – məlumatda qeyd edilib.