AB səfirləri razılaşdı: Kiyevə 5 milyard ayrılır

AB səfirləri razılaşdı: Kiyevə 5 milyard ayrılır

Avropa Birliyinə (AB) üzv ölkələrin səfirləri cari ildə Avropa Sülh Fondundan Kiyevə silah tədarükü üçün əlavə 5 milyard avro ayrılması barədə razılığa gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə AB Şurasının X sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilib.

Bəyanatda qeyd edilib ki, bununla bağlı qərar AB xarici işlər nazirlərinin martın 18-də Brüsseldə planlaşdırılan görüşdə qəbul edilməlidir.

Daha əvvəl bildirilib ki, Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz təyyarələrin alınması üçün 125 milyon funt-sterlinq (160 milyon dollar) məbləğində əlavə vəsait ayıracaq. Bununla da Kiyevə verilən PUA-ların sayı 10 minə çatacaq.

Teqlər: