Xocalı faciəsində ailələrini, yaxınlarını, evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Feysbuk hesabında yazıb.
“Biz hamımız bir olub Cənubi Qafqazda barışıq və davamlı sülh naminə çalışaraq dəyişikliklər etməliyik”, – səfir qeyd edib.