Avropa Birliyinin (AB) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
AzerTimes xəbər verir ki, AB səfiri təbrik çıxışını özünün Tvitterdəki səhifəsində yerləşdirib.
“Əziz Azərbaycan xalqı, bahar ətirli, sevgi dolu Novruz üzünüzə gülsün. Süfrəniz bərəkətli, ruziniz bol olsun!
Əzizinəm yaz gəlsin,
Yaz gəlsin, bahar gəlsin,
Bu Novruz bayramında,
Qəm getsin, sevinc gəlsin.
Novruz bayramınız mübarək olsun!” – Peter Mixalko paylaşımında bildirib.
Səfir sonda xanımıyla Novruzun ənənələrindən olan yumurta döyüşdürüb.