AB sazişdən imtina edir: rus qazı tam dayandırılır

AB sazişdən imtina edir: rus qazı tam dayandırılır

Rusiyadan Ukrayna vasitəsilə Avropaya qaz idxalı razılaşması bu ilin sonunda başa çatır. AB müqavilənin uzadılmasından imtina edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, hətta Rusiya tədarükündən ən çox asılı olan ölkələr, o cümlədən Avstriya və Slovakiya, müqavilədən imtina ediləcəyi təqdirdə alternativ təchizat tapa biləcəklər.

“Avropa Komissiyası tranzit sazişinin sona çatması nəticəsində yarana biləcək potensial ssenarilərin ilkin təhlilini həyata keçirib, o cümlədən “Türk axını” kimi digər əlaqələrin imkanlarının modelləşdirilməsi, hər hansı çatışmazlıqların aradan qaldırılmasına köməklik göstərib”, – nəşr vurğulayıb.

Mənbələrin bildirdiyinə görə, Brüsseldə sözügedən məsələ fevral ayında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 2023-cü ildə Rusiyanın “Qazprom” şirkəti Avropaya 28,3 milyard kubmetr qaz göndərib.

Yanvarın 24-də də Slovakiyanın Baş naziri Robert Fiko açıqlamasında Ukrayna ərazisindən qaz nəqlinin dayandırıla biləcəyini bəyan edib.

Teqlər: