Türkiyə və AB-nin Rusiyaya qarşı sanksiyalarla bağlı fərqli fikirləri var.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç deyib.
“Bizim sanksiyalar məsələsində (Rusiyaya qarşı) fərqli mövqelərimiz var. AB sanksiyalarla bağlı sual verəndə mən hətta təəccübləndim və soruşdum: Biz AB-nin üzvü olmuşuqmu? Biz BMT-ni izləyirik. Bununla bağlı tələblərimiz, mövqeyimiz var. Lakin eyni zamanda, biz (Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün) “dolama yol” deyilik”, – Kılıç bildirib.