AB sabitlik istəyirsə, Rusiya uduzmalıdır – Podolyak

AB sabitlik istəyirsə, Rusiya uduzmalıdır – Podolyak

Müharibənin üçüncü ili yerimizi müəyyən edəcək. Bu, təkcə bizim deyil, bir çox ölkənin, siyasi qurumun gələcəyini də təyin edəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Əgər Rusiya uduzmasa, o zaman Avropa əbədi müharibə təhlükəsi ilə üz-üzədir. Belə bir vəziyyətdə Avropa resursları həyat keyfiyyətinin və təkamül inkişafının yaxşılaşdırılmasına deyil, müdafiəyə xərcləməklə tamamilə yenidən qurulmalı olacaq. Və dərk edirlər ki, Avropanın sabitliyini təmin etmək üçün Rusiya uduzmalıdır. Və Rusiyanın transformasiyası qeyd-şərtsiz olmalıdır”, – Podolyak bildirib.

Teqlər: