Avropa Birliyi ölkələri gələn ay Rusiyaya qarşı qüvvəyə minəcək onuncu sanksiyalar paketi üzərində işləyir.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, artıq bəzi AB ölkələri blokun Moskva ilə nüvə yanacağı üzrə əməkdaşlığını azaltmaq, Rusiya almazlarının idxalını qadağan etmək və Kremlin müttəfiqi Belarusla ticarəti məhdudlaşdırmaq üçün yeni sanksiyalar tələb edib.
Yüksək səviyyəli diplomatın sözlərinə görə, növbəti sanksiyalar paketi işğalın birinci ildönümü ərəfəsində hazır olacaq.