Avropa Komissiyası AB ölkələrinin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təsdiqlədiyini açıqlayıb.
AzerTimes xəbər verir ki, müvafiq qərar AB-nin saytında dərc olunub.
Səkkizinci sanksiyalar paketinə aşağıdakılar daxildir:
– rus neftinin üçüncü ölkələrə dəniz daşınması üçün yuxarı qiymət həddinin müəyyən edilməsi;
– kömürün, Rusiya silahlarında istifadə edilə bilən bəzi elektron komponentlərin, aviasiya sənayesi üçün texniki məhsulların, bəzi kimyəvi maddələrin və atıcı silahların ixracına qadağa;
– odun kütləsi, kağız, siqaret, plastik, kosmetika, zərgərlik sənayesi üçün materialların (qiymətli daşlar və metallar), tekstil, ayaqqabı, dəri, keramika idxalına qadağa (idxal məhdudiyyətləri təxminən 7 milyard avro dəyərində məhsullara təsir göstərəcək);
– Rusiyadan polad məmulatlarının idxalına qoyulan qadağa (uzadılır);
– “referendum”un təşkilində iştirak edən fiziki və hüquqi şəxslərə, habelə müdafiə sənayesi nümayəndələrinə və dezinformasiya yayan şəxslərə qarşı məhdudiyyətlər;
– AB vətəndaşı olan ruslara dövlətin nəzarətində olan bəzi təşkilatlarda rəhbər vəzifələr tutmağın qadağan edilməsi;
– Rusiya vətəndaşlarının və rezidentlərinin kripto aktivlərinə xidmət göstərilməsinin qadağan edilməsi;
– Rusiya şirkətlərinə İT, mühəndislik və hüquq xidmətlərinin göstərilməsinin qadağan edilməsi;
– Rusiya Dəniz Gəmiçiliyi Reyestri ilə əməliyyatlara qadağa.
Qeyd olunur ki, Rusiya neftinin qiymət limiti 2022-ci ilin dekabrından, neft məhsulları üçün isə 2023-cü ilin fevralından tətbiq ediləcək.