AB Rusiyaya qarşı razılığa gələ bilmir: Qərar qəbul olunmadı

AB Rusiyaya qarşı razılığa gələ bilmir: Qərar qəbul olunmadı

Avropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı hələlik razılığa gələ bilmirlər.

AzerTimes xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.

Məlumata görə, AB ölkələrinin daimi nümayəndələri komitəsinin mayın 12-də keçirilən iclasında heç bir qərar qəbul olunmayıb, ona görə də müzakirələr gələn həftə davam etdiriləcək.

Bildirilib ki, AB xarici işlər nazirlərinin mayın 22-də Xarici İşlər Şurasının iclasında Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilər.

Teqlər: