Avropa Birliyi (AB) Rusiyaya qarşı növbəti sanksiyalar paketinə nələrin daxil edilməli olduğunu müzakirə etməyə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb.
“Hazırda AB-yə üzv ölkələr arasında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müzakirələr gedir, lakin hazırda 11-ci sanksiyalar paketi ilə bağlı konkret təkliflər təqdim edilməyib”, – məlumatda qeyd olunub.