Avropa Birliyinin daimi nümayəndələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni paketə 70 fiziki və 30 hüquqi şəxsin adı, “Drujba” neft kəmərinin şimal qoluna qarşı məhdudlaşdırıcı tədbirlər daxildir.