AB Rusiyaya məxsus 115 milyardı axtarır

AB Rusiyaya məxsus 115 milyardı axtarır

AB 2023-cü ilin mart ayına kimi sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının 20,9 milyard avroluq aktivlərini dondurub. 2022-ci ilin oktyabrında isə bu məbləğ 17,4 milyard avro təşkil edirdi.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Ukrayna-Rusiya müharibəsindən əvvəl, 2019-cu ildə Rusiyanın AB-yə yatırdığı investisiyaların ümumi həcmi 136 milyard avro dəyərində qiymətləndirilirdi. Beləliklə, AB daha 115 milyard avronu tapmalı və dondurmalıdır. Avropa hakimiyyəti aktivlərin axtarışı mexanizmlərini təkmilləşdirməyə çalışır. 2022-ci ilin martında yaradılmış xüsusi işçi qrupu AB-də Rusiyanın aktivlərinin axtarışı ilə məşğuldur”, – məlumatda deyilir.

Teqlər: