Avropa Birliyi Rusiyaya 13 və 14-cü sanksiyalar paketini hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Avropa Parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovskiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, sanksiyaların hazırlanması çox vaxt aparmayacaq və yeni paketlər çox tezliklə AB dövlətlərinə təqdim oluna bilər.
Avropa Parlamentinin estoniyalı üzvü Jana Tumun sözlərinə görə, yeni sanksiyaların qəbulu təşəbbüsü əsasən Baltikyanı ölkələrdən gələcək.