Avropa Birliyi Rusiya Mərkəzi Bankının dondurulan aktivlərinin Ukraynanın yenidən inşasında istifadə edilməsi imkanlarını dəyərləndirir.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“AB Ukraynanın bərpasına yardım etmək üçün Rusiya Mərkəzi Bankının dondurulmuş milyardlarla avroluq aktivlərindən istifadə imkanlarını araşdırır. Bununla bağlı işlər hələ ki, ilkin mərhələdədir. Qanuni prosedurların mümkün tətbiqi ilə bağlı hüquqşünaslara təlimatlar verilib. Mövzunu müzakirəyə çıxaran ölkə ABŞ-dır”, – deyə bildirilib.