AB Rusiyanın 200 milyard avro aktivini dondurdu

AB Rusiyanın 200 milyard avro aktivini dondurdu

Avropa Komissiyası (AK) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpası üçün istifadə imkanlarının müzakirəsini davam edir.

AzerTimes xəbər verir ki, bunu AK-ın ədliyyə üzrə komissarı Didye Reynders deyib.

O bildirib ki, Avropada bloklanan Rusiya aktivlərinin məbləği 207 milyard avro təşkil edir:

“AK Rusiya Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən Ukraynanın bərpasını maliyyələşdirmək üçün istifadə imkanlarını müzakirə edir. AK bu yolla hər il 3 milyard avroya qədər vəsait alacağını gözləyir”.

Teqlər: