Avropa Birliyi Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi 1,4 milyard avro mənfəəti Ukraynaya hərbi yardım göstərmək üçün istifadə edib.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis deyib.
“Rusiya aktivlərindən gəlirlərin birinci tranşı həyata keçirilib. Avropa Sülh Fondu vasitəsilə artilleriya sursatları və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, prioritet avadanlıqların tədarükü, habelə ilk dəfə olaraq Ukrayna müdafiə sənayesi tərəfindən yerinə yetirilən sifarişlər üçün 1,4 milyard avro ayrılıb”, – Dombrovskis bildirib.