AB Rusiyaya mülki texnologiyanın tədarükünə məhdudiyyətləri nəzərdən keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Erik Mamer deyib.
“Rusiya iqtisadiyyatı səfərbərlik rejiminə keçdiyi üçün biz müəssisələrə və fiziki şəxslərə qarşı sanksiyaları nəzərdən keçirmək, habelə bəzi mülki texnologiyalara əlavə ixrac məhdudiyyətləri tətbiq etmək niyyətindəyik”, – deyə Mamer bildirib.