AB Rusiyadan daha çox Çindən asılıdır – Borrell

AB Rusiyadan daha çox Çindən asılıdır – Borrell

Avropa Birliyi Rusiyanın enerji resurslarından daha çox Çindən asılıdır.

AzerTimes xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell özünün Tvitter hesabında yazıb.

“Çin bir çox tədarük zəncirində əsas rol oynayır. Yaşıl transformasiya strategiyamızda Çinə olan etibarımız Rusiyadan gələn qalıq yanacaqlara olan etibarımızdan üstündür. Biz həddindən artıq asılılığı azaltmaq, zəiflikləri aradan qaldırmaq və möhkəmlik yaratmaq üçün işləməliyik”,- Borrell qeyd edib.

Onun sözlərinə görə, Çin Avropa Birliyinin sistemli rəqibidir, lakin eyni zamanda əsas iqtisadi tərəfdaş olaraq qalır.

Teqlər: