AB-nin yeni sanksiyaları neft qiymətlərinin məhdudlaşdırılmasına, informasiya texnologiyalarına və kibertəhlükəsizliyə təsir göstərə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Faynenşl Tayms” məlumat yayıb.
Qeyd olunur ki, yeni sanksiyalar paketində Rusiya neftinin qiymətinə məhdudiyyətlərin tətbiqi, sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının əlavə siyahıları, Rusiyanın informasiya texnologiyaları, kibertəhlükəsizlik və proqram təminatı sahəsinə qarşı yönəlmiş tədbirlərlə bağlı müddəalar yer alacaq.