AB rəsmilərinin Tiflisə səfəri ilə bağlı bəyanat

AB rəsmilərinin Tiflisə səfəri ilə bağlı bəyanat

Avropa Birliyinə üzv olan dörd ölkənin xarici işlər nazirləri Gürcüstana gəlir. Məqsəd isə radikalizmi və ölkənin daxili işlərinə əsassız müdaxiləni artırmaqdır.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının yaydığı bəyanatda bildirilib.

“Gürcüstana gələnlər arasında Qabrielius Landsbergis (Litva), Marqus Canka (Estoniya), Tordis Gilfadotri (İslandiya) və Baiba Braze (Latviya) yer alır. Həmçinin Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot, Litva Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Zigimantas Pavilionis və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn da yer alıb.

Hesab edirik ki, hökumət bu siyasətçilərin ölkəyə daxil olub-olmamasını müzakirə etməlidir. Onlar rəsmi şəkildə bildirdilər ki, ölkəyə səfərlərinin məqsədi Gürcüstanın “Qərb kursunu” dəstəkləməkdir. Əslində, hamı yaxşı bilir ki, bu insanlar açıq şəkildə Milli Hərəkatı dəstəkləyir və Gürcüstan hökumətinə qarşı hücuma keçiblər. Bunu təsdiqləyən çoxlu fakt var”, – bəyanatda qeyd olunub.

Teqlər: