Əvvəl Brüsselə, sonra Berlinə səfər etmiş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşləri ilə bağlı diqqətçəkən epizodlar yayılır. Mirzoyan Brüsseldə AB və Avropa Parlamentinin nümayəndələri ilə görüşlərdə “üəryini açmaq” qərarına gəlib.
AzerTimes xəbər verir ki, o, Ermənistan hakimiyyətinin geosiyasi üstünlükləri, Qarabağ “problemi” ilə bağlı planları barədə açıqlama verməyə çalışıb.
Eyni zamanda, Mirzoyan bütün bunları avropalılar üçün xoş gələn geosiyasi kursun çalarları ilə doldurmağa cəhd edib. O, Ermənistanın neytral mövqeyini və ittifaqdan kənar iş tərzini dəfələrlə vurğulayıb.
Erməni mənbələri qeyd edirlər ki, Avropa rəsmiləri XİN rəhbərinin bu çıxışlarına laqeyidlik nümayiş etdiriblər. Onlar əslində bu detalların Avropanı maraqlandırmadığına və belə görüşlərdə bu kimi monoloqların yersiz olduğuna eyham vurublar.