AB rəhbərliyinin Kiyevə səfəri… – Medvedyev

AB rəhbərliyinin Kiyevə səfəri… – Medvedyev

AB-nin yeni rəhbərliyinin fəaliyyətlərinin ilk günündə Kiyevə səfəri onların müharibəni davam etdirmək əhval-ruhiyyəsindən xəbər verir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X səhifəsində yazıb.

“Avropa Şurasının yeni rəhbəri Antonio Koşta və AB diplomatiyasının rəhbəri, rusofob Kaya Kallas elə ilk fəaliyyət günlərindəcə Kiyevə gəliblər. Bu onu göstərir ki, prioritet AB-nin rifahını təmin etməkdənsə, müharibəni uzatmaqdır. İndi razısınızmı, avropalılar?” – Medvedyev bildirib.

Teqlər: