AB qlobal elementə çevrilmək istəyirsə… – Eks-prezident

AB qlobal elementə çevrilmək istəyirsə… – Eks-prezident

Avropa Birliyi (AB) qlobal elementə çevrilmək istəyirsə, Qərbi Balkanları üzv etməlidir.

AzerTimes xəbər verir ki, bunu 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti olan Kolinda Qrabar-Kitaroviç “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “AB kontekstində Qərbi Balkan regionu” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

“Hesab edirəm ki, Balkan ölkələrinin AB-yə qoşulması regionun bütün ölkələri üçün ümumi müzakirə platforması yaradacaq. Zaman dəyişdi, Ukraynadakı müharibə AB-nin bütün təhlükəsizliyini pozdu”.

Eks-prezidentin sözlərinə görə bəzi ölkə rəhbərləri son zamanlar söyləyirlər ki, AB üzvü olmaq istəyirlər:

“Mənə maraqlıdır ki, onlar bu sözü deyən zaman nə qədər səmimidirlər?!”

Teqlər: