AB Qəzzaya yardım 70 milyon avro ayırır

AB Qəzzaya yardım 70 milyon avro ayırır

AB Qəzza zolağının sakinlərinə humanitar yardımın çatdırıldığı dəniz dəhlizinin fasiləsiz fəaliyyətini təmin etmək üçün yaradılan fonda 70 milyon avro ayırmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bunu Kipr Prezidenti Nikos Kristodulides deyib.

Kristodulides bildirib ki, təşəbbüs BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə AB sammitində müzakirə olunacaq.

Teqlər: