AB ölkələrinin nümayəndələri qaz istehlakını azaltmaq barədə tam razılıq əldə ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Sazişdə 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında ölkələrin könüllü şəkildə qaz istehlakını 15 faiz azaltması nəzərdə tutulur.
Qeyd edək ki, sazişin bu gün AB ölkələrinin enerji nazirlərinin Brüsseldə keçiriləcək xüsusi iclasında rəsmi şəkildə təsdiqlənəcəyi gözlənilir.