AB sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək birgə ordusunu yaratmalıdır.
AzerTimes xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani bildirib.
“Biz dünyada sülhməramlı olmaq istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu isə effektiv Avropa xarici siyasətini həyata keçirə bilmək üçün əsas şərtdir. ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların olduğu, Yaxın Şərqdən Hind-Sakit okean hövzəsinə qədər böhranların yaşandığı bir dünyada İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşlarını yalnız artıq mövcud olan, yəni Avropa Birliyi qoruya bilər”, – o bildirib.