Avropa Birliyi (AB) Macarıstanı bu həftə keçiriləcək sammitdə Kiyevə 50 milyardlıq avro (54 milyard dollar) yardım proqramını dəstəkləməyə razı salmaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, AB bununla Rusiyaya açıq siqnal göndərməyi hədəfləyir.
Belə ki, təklifi Macarıstan istisna olmaqla, AB-nin 27 ölkəsi dəstəkləyir, baş nazir Viktor Orban təklifə veto qoyacağı ilə hədələyir.
Qeyd edək ki, AB-nin ümumi büdcəsindən bu cür ödənişlər bütün üzv dövlətlərin yekdil dəstəyini tələb edir.