Avropa Birliyi ölkələrinin və İsrailin 20 diplomatdan ibarət səfirləri bu gün Ukraynanın Vinnitsa şəhərinə səfər ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Vinnitsa vilayət hərbi administrasiyasının rəhbəri Sergey Borzov məlumat verib.
Borzov qeyd edib ki, Rusiya Ukraynaya qarşı artıq 3 mindən çox qanadlı raketdən istifadə edib.
“Müstəntiqlər işləyirlər. İctimai nəqliyyat dayanmadan keçir… Amma Zabitlər Evinin fasadı dağılmayıb. Onun tam xilas edilməsinə köməklik xahişi ilə diplomatlara müraciət etdim”, – Borzov vurğulayıb.