Hazırda AB ölkələrində Rusiyaya məxsus 17,4 milyard avroluq aktivlər dondurulub.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Didye Reynders deyib.
“Bu, böyük məbləğdir. Lakin bu vəsaitin 90%-i Birliyə üzv olan yeddi dövlətin verdiyi hesabatdır. Bütün üzv dövlətlərin sanksiyaları düzgün tətbiq etmələrini və Komissiyaya tam məbləğ barədə düzgün məlumat vermələrini təkid etmək vacibdir”, – o bildirib.