AB ölkələri Rusiyaya qarşı razılaşa bilmədi

AB ölkələri Rusiyaya qarşı razılaşa bilmədi

Avropa Birliyi ölkələri Rusiyaya neft tankerlərinin satışına qoyulan qadağadan imtina ediblər.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

“Komissiya əvvəlcə köhnə tankerlərin Rusiya qurumlarına satışını və ya onların Rusiyada istifadəsini, həmçinin neft qiymətlərinə qoyulan məhdudiyyətlərdən yan keçmək üçün tankerlərdən istifadə edə bilən qurumları qadağan etmək istəyirdi, lakin bu şərtdən imtina edildi”, – mənbə bildirib.

Qeyd olunur ki, aktiv gəmiçilik şirkətləri olan Aralıq dənizi ölkələri belə bir addımın onları əlverişsiz vəziyyətə sala biləcəyindən narahat olduqlarını bildiriblər.

Teqlər: