Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılaşıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Birliyinin baş diplomatı Jozep Borrell məlumat verib.
“İrana qarşı mövcud sanksiyalar raketlər və raket istehsalı, eləcə də Yaxın Şərq və Qırmızı dənizə PUA-ların, raketlərin tədarükünü əhatə edəcək”, – Borrell qeyd edib.