AB ölkələri “Göy qalxanı” yaradır

AB ölkələri “Göy qalxanı” yaradır

Növbəti beş ildə AB ölkələrinin iştirakı ilə raket əleyhinə qalxan yaradıla bilər.

AzerTimes xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

O bildirib ki, Almaniya hökuməti hazırda raketdən müdafiə sistemlərinin istehsalçıları ilə danışıqlar aparır.

“Biz lazımi xərcləri qarşılamaq üçün 100 milyard avroluq xüsusi fond yaratmışıq. Bununla yanaşı, hava hücumundan müdafiə sistemini də genişləndiririk. “Göy qalxanı” adlı sistem yaradırıq”, – Şolts bildirib.

Şoltsun sözlərinə görə, artıq AB-nin 14 ölkəsi bu qalxanın yaradılmasında iştirak etməkdə maraqlıdır.

Teqlər: