AB ölkələri arasında Ukrayna ilə bağlı ciddi fikir ayrılığı

AB ölkələri arasında Ukrayna ilə bağlı ciddi fikir ayrılığı

Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin sürətləndirilmiş hazırlığı üçün Ukraynaya hərbi təlimatçıların göndərilməsi təklifi ilə bağlı AB ölkələri arasında ciddi fikir ayrılıqları yaranıb.

AzerTimes xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə TASS-a bildirib.

Bildirilib ki, yaxın həftələrdə heç bir qərar olmayacaq.

“Avropa Birliyinin hərbi təlimatçılarının Ukrayna ərazisinə göndərilməsi məsələsi ciddi fikir ayrılıqlarına səbəb olur, baxmayaraq ki, bir sıra AB ölkələri, o cümlədən Avstriya, Macarıstan, Almaniya bu qərara qarşıdır. Bu, əlbəttə ki, Brüsseldə xarici işlər nazirlərinin və müdafiə nazirlərinin görüşündə olmayacaq”, – deyə diplomat bildirib.

Teqlər: