Avropa Birliyi (AB) özünün nüvə arsenalı ilə silahlanmalıdır.
AzerTimes xəbər verir ki, bunu Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer “Zeit” nəşrinə müsahibəsində deyib.
“AB-nin özünün nüvə hücumunun qarşısının alınmasına ehtiyacı var, çünki dünya dəyişib. Qərbi Avropanın nüvə güclərinin – Fransa və Böyük Britaniyanın arsenalları dəyişən vəziyyətə cavab vermək üçün kifayət deyil”, – Fişer bildirib.