AB-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitəsinin sədri Natali Luazo monitorinq missiyasının rəhbəri Markus Ritterin müşayiəti ilə Həkəri körpüsü yaxınlığındakı sərhəd bölməsinə baş çəkiblər.
AzerTimes xəbər verir ki, bu barədə AB-nin Ermənistandakı missiyasının Tvitter səhifəsində məlumat paylaşılıb.
“Vəziyyətlə yerində tanış olmaq üçün bu gün AB nümayəndə heyəti Həkəri körpüsünün yaxınlığındakı monitorinq patruluna qoşulub”, – məlumatda qeyd olunub.