Avropa Birliyi (AB) iyul ayının sonuna qədər yetkin əhalinin 70% -ni ən azı bir doza ilə koronavirusa qarşı peyvənd etmək məqsədinə çatdı.
Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin açıqlamasında deyilir.
“AB verdiyi vədə əməl etdi və yerinə yetirdi. Məqsədimiz AB-dəki yetkin əhalinin 70%-ni iyul ayında ən azı bir doza peyvəndlə qorumaq idi. Bu gün bu hədəfə çatdıq” – deyə, o bildirib.