Rusiya işğalının başlanmasından bəri AB-yə üzv dövlətlər Ukraynanı 28 milyard avroluq hərbi texnika ilə təmin edib.
AzerTimes xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Deyə bilərəm ki, Ukraynaya hərbi yardım üçün 2024-cü il üçün büdcədən azı 21 milyard avro ayrılacaq. Siz sürətlənməni görə bilərsiniz. Bir il ərzində – minimum 21 milyard. Bu, əvvəlki iki ildəkindən daha çoxdur”, – Borrell qeyd edib.