Marçin Vidranın rəhbərlik etdiyi AB-nin texniki qiymətləndirmə qrupunun üzvləri Ermənistana gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN-i məlumat yayıb.
Məlumata görə, qrup AB-nin yeni mülki missiyasına ev sahibliyi etmək imkanını nəzərdən keçirmək üçün Ermənistana göndərilib:
“Tərəflər dekabrın 19-da başa çatan AB monitorinq missiyasının işinə toxunublar. Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub”.