AB-nin sursat istehsalı ilə bağlı planı…

AB-nin sursat istehsalı ilə bağlı planı…

Avropa Komissiyası bu ilin yazında Ukraynaya yardım üçün sursat istehsalını artırmaq planlarını açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Şpiqel” nəşri məlumat yayıb.

Məlumata görə, təşkilat həmçinin AB-dəki anbarlardakı öz ehtiyatlarını artırmağı planlaşdırır:

“Gözlənilir ki, AB rəhbəri Ursula fon der Leyen Ukraynaya hərbi yardım planı çərçivəsində martın 2-i müvafiq təşəbbüsü AB üzvlərinə təqdim edəcək”.

Sənədin üç komponentdən ibarət olduğu qeyd olunub:

Birinci vacib aspekt Ukraynaya 155 mm-lik artilleriya mərmilərinin istehsalı və tədarükünün artırılmasıdır – AB xərcləri Avropa Sülh Fondu (APF) hesabına ödəməyi planlaşdırır.

İkinci komponent Avropa Müdafiə Agentliyi EDA ilə əməkdaşlıq çərçivəsində AB-nin öz 155 mm-lik mərmi ehtiyatının təmin edilməsini nəzərdə tutur.

Üçüncü komponent regionda mövcud təhlükəsizlik vəziyyətindən asılı olaraq tənzimlənəcək Avropa sursat istehsal potensialının uzunmüddətli formalaşmasını müəyyənləşdirir.

Teqlər: