AB-nin səfiri Rusiya XİN-ə çağırıldı

AB-nin səfiri Rusiya XİN-ə çağırıldı

Avropa Birliyinin Rusiyadakı səfiri Markus Ederer Litva ərazisindən tranzitlə bağlı məhdudiyyətlər səbəbilə Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov deyib.

“Burada, əlbəttə ki, diplomatiya yolu ilə həll edilə bilən bir vəziyyət var. Bildiyimə görə, sabah AB-nin Rusiyadakı səfiri Markus Ederer Smolenkada Xarici İşlər Nazirliyinə çağırılacaq və ona müvafiq şərtlər irəli sürüləcək”- deyə, o bildirib.

Teqlər: