AB-nin sanksiyalar üzrə rəsmisi İrəvanda

AB-nin sanksiyalar üzrə rəsmisi İrəvanda

Avropa Birliyinin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid Sallivan İrəvana səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Sallivan Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanla görüşüb.

Görüş zamanı Səfəryan və Sallivan Ermənistan və AB arasında qarşılıqlı fəaliyyət, xüsusilə də iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. AB ilə iqtisadi əlaqələrin gücləndirilməsi və dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Ermənistanın Rusiyaya sanksiyaları dəldiyi barədə məlumatlar Qərbi narahat etməyə başlayıb.

Teqlər: