AB-nin Qafqaza marağı göz qabağındadır

AB-nin Qafqaza marağı göz qabağındadır

AB Ermənistan və Azərbaycan arasında bütün səviyyələrdə sülh prosesində fəal iştirak edir.

AzerTimes xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“AB-nin bu işə cəlb olunduğunu Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında dörd görüş keçirmiş Mişelin (AB Şurasının Prezidenti Şarl Mişel – red.) fəaliyyəti sübut edir. AB-nin regiondakı fəaliyyətinin digər göstəricisi Ermənistanda Azərbaycanla sərhəddə monitorinq missiyasının yerləşdirilməsidir. AB-nin öz maraqları var. Bu region bizim qonşumuzdur, ona görə də sülh və firavan Qafqaza maraq göz qabağındadır. Bizim Ermənistanla Azərbaycan arasındakı münaqişəni həll edə bilməyimiz vacibdir”, – o bildirib.

Teqlər: